BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

BƏƏ Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacağına əmindir.

Bunu BƏƏ-nin inkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanı bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Ölkənin bərpa olunan enerjinin və davamlı inkişafın təşviqində qabaqcıl səylərini nəzərə alaraq, Azərbaycanın rəhbərliyi altında COP29-un tarixi uğur qazanacağına əminik”, – o vurğulayıb.

Loading

Next Post

İtkin düşən hərbçimizin nəşi TAPILDI

Türkiyədə İYİ Partiyanın sabiq sədri, keçmiş daxili işlər naziri Meral Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib. Bunu tanınmış jurnalist İsmail Saymaz açıqlayıb. Onun sözlərinə görə, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını […]