Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 11.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. 

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi ((İB) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

Loading

Next Post

Azərbaycanda özəl klinikanın fəaliyyəti dayandırılıb

Qax şəhərində yerləşən “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşib. Belə ki, obyekt avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin […]