Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Oxunma vaxtı:15 Saniyə

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Loading

Next Post

“Qarabağ” Braziliya və Argentina klublarını keçib

İFFHS-in dünya reytinqində “Top-100”də yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın siyahıda geriləməsinin detalları bəlli olub. 183,75 xalla planetin 53-cüsü olan Ağdam klubu ümumilikdə 5 pillə geriləyib. Qurban Qurbanovun komandası qazandığı 0,75 xalla iki klubu arxada qoyub. “Qarabağ” “İnternasional” (Braziliya) və “Defensa və Justisia” (Argentina) komandalarını keçib. Amma ağdamlılar 7 klubdan […]