“Qarabağ” Braziliya və Argentina klublarını keçib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

İFFHS-in dünya reytinqində “Top-100”də yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın siyahıda geriləməsinin detalları bəlli olub.

183,75 xalla planetin 53-cüsü olan Ağdam klubu ümumilikdə 5 pillə geriləyib.

Qurban Qurbanovun komandası qazandığı 0,75 xalla iki klubu arxada qoyub. “Qarabağ” “İnternasional” (Braziliya) və “Defensa və Justisia” (Argentina) komandalarını keçib.

Amma ağdamlılar 7 klubdan geri düşüb. “Boka Xuniors” (Argentina), “Olimpiakos” (Yunanıstan), “Sparta” (Çexiya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Yuventus” (İtaliya), LDU (Ekvador), “Marsel” (Fransa) Azərbaycan çempionunu keçib. “Viktoriya” (Çexiya) isə təmsilçimizlə 53-cü yerə şərik olub.

Qeyd edək ki, dünyada 53-cü olan “Qarabağ” Avropada 35-cidir.

Loading

Next Post

Ankarada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.