“Qafqaz Qartalı – 2024”: PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbələr endirilib

DogruSozTv Az
Oxunma vaxtı:19 Saniyə

Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, – məlumatda vurğulanıb.

Loading

Next Post

Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb. Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.