DTX İrandan narkotik daşıyan marşrutları AÇIQLADI

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 29 Saniyə

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycana daşıdıqları marşrutları açıqlayıb.

Bu barədə DTX-nin yaydığı məlumatda qeyd olunub.

Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:

İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya Federasiyası;

İran İslam Respublikası – Azərbaycan Respublikası – Türkiyə Respublikası – Rusiya Federasiyası;

İran İslam Respublikası – Azərbaycan Respublikası – Qazaxıstan – Rusiya Federasiyası – Qərbi Avropa;

İran İslam Respublikası – Azərbaycan Respublikası – Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya – Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya Federasiyası – Yaponiya (Rusiya – Ukrayna müharibəsinə qədər).

Məlumata görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb olunurlar:

“Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”.

Məlumatda qeyd olunub ki, bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc götürmələrini təmin edirlər.

“Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır,” – məlumatda bildirilib.

Loading

Next Post

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Qahirədə iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Misir Prezidenti bəyanatla çıxış etdi. Prezident Əbdülfəttah əs-Sisinin bəyanatı – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev. Zati-alilərinizi və Sizi müşayiət edən nümayəndə heyətinizi qəbul etməkdən xoşbəxtəm. Bu səfəriniz ikitərəfli […]