Cəlilabadda faciə: Çoxlu sayda ölən və yaralanan var – YENİLƏNİB

Oxunma vaxtı:32 Saniyə

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.Araşdırma aparılır.

***

Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib.

Hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

“Euronews”: Azərbaycanla BƏƏ COP29-a hazırlıq çərçivəsində bərpa olunan enerji layihəsi həyata keçirir

“Euronews” kanalı Bakı Enerji Forumu çərçivəsində Azərbaycan və BƏƏ arasında COP29-a hazırlıq çərçivəsində bərpa olunan enerji layihəsi ilə bağlı həyata keçirilən layihələrlə bağlı məqalə hazırlanıb. Məqalədə bildirilib ki, Bakı Enerji Forumunda keçirilən mərasimdə Azərbaycan və BƏƏ Azərbaycanda ümumi gücü 1 QVt olan üç irimiqyaslı günəş və külək layihəsinin reallaşması ilə […]