Bu mallar gömrük rüsumundan azad edildi

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar idxal gömrük rüsumundan azad edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına dəyişiklik edib.

Bu Qərar bu il martın 1-dən tətbiq olunur və 2024-cü il dekabrın 1-dək qüvvədədir.

Loading

Next Post

Polis təlim zamanı aldığı xəsarətdən vəfat etdi

Antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov iyunun 6-da təlim zamanı xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib. Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.