İyunun 14-ü “Son zəng”dir

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

İyunun 14-ü məktəblərdə son zəng çalınacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

Loading

Next Post

İlham Əliyev İran Prezidenti vəzifəsini icra edən Moxberlə telefonla danışdı

İyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran İslam Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlətlərimiz arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb. Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti […]