Avropa çempionatı: Azərbaycan millisi ikinci oyuna çıxacaq

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Yığma İtaliya kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3.

Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Loading

Next Post

Bu gün Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, iyunun 3-də saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində […]