Şəhriyar Məmmədyarov dünya reytinqində 16-cı yerə yüksəldi

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində iki pillə irəliləyərək 16-cı yerə yüksəlib.

O, FIDE-nin iyunun 1-nə olan reytinq cədvəlində ən yaxşı əmsala malik azərbaycanlı qrossmeysterdir.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov (2651) 82-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2830) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2805) ikinci, Hikaru Nakamura (ABŞ, 2794) üçüncüdür.

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.

Burada siyahıya Hou İfan (Çin, 2632) başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun (2558) və Ley Tinszedir (2548).

Loading

Next Post

Laçında "Malıbəy" KSES-in təməli qoyulub

Bu gün Laçın rayonunun Malıbəy kəndində eyniadlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub. Yenixeber.org xəbər verir ki, layihəni İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Holding” və “Arges Enerji Teal” şirkəti birgə icra edir. Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında […]