Ukrayna 75 vətəndaşını Rusiya əsirliyindən geri alıb

DogruSozTv Az
Oxunma vaxtı:19 Saniyə

Ukrayna Rusiya əsirliyindən 75 vətəndaşını geri qaytarıb.

O cümlədən, ukraynalı müdafiəçilər, Milli Qvardiyanın üzvləri və sərhədçilər vətənə qayıdıblar.

Geri qayıdanlardan dördü mülki şəxsdir.

“Bütün bu müddət ərzində biz Rusiya əsirliyindən evə qaytarmaq üçün bir gün belə işimizdən əl çəkməmişik və bu gün bizim daha 75 insanımız Ukraynaya qayıtmışdır Hər birini tapmaq üçün hər cür səy göstəririk”, – prezident Volodimir Zelenski ukraynalıların geri qayıtmasını şərh edib.

Loading

Next Post

İranda SEÇKİ HAZIRLIĞI – Yeni Prezidentin dönəmində Azərbaycanla münasibətlər DƏYİŞƏCƏKMİ?

Son dövrlərdə İran və Azərbaycan arasında münasibətlərin normallaşması iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradıb. Lakin İranın mərhum prezidenti Rəisinin helikopter qəzasında vaxtsız həlak olmasından sonra iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müəyyən suallar yaranıb. Digər tərəfdən, Rəisinin həyatını itirməsindən sonra İranda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi […]