Fazil Mustafa: Mədəniyyət və incəsənətə dövlət büdcəsindən ayrılan vəsait çox azdır

DogruSozTv Az
Oxunma vaxtı:40 Saniyə

Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır: “Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”.

F.Mustafa, eyni zamanda publik hüquqi şəxslərlə bağlı məsələdə ciddi islahata ehtiyac olduğunu deyib: “Düşüncə dəyişməlidir. 2022-ci ildə 40 publik hüquqi şəxs yaradılıb və bunun üçün 442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Amma əksinə, get-gedə büdcə yükü artır. Demək ki, bu sistemin yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır. Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər”.

Loading

Next Post

Sabahın hava proqnozu: Bakı və Abşeronda 34, rayonlarda 35 dərəcə isti olacaq

Ölkə ərazisində sabah temperatur 35 dərəcəyə yüksələcək.  Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilirgecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək. Havanın temperaturu […]