BDU-da SABAH qrupları ləğv olunur, qəbul bu universitetdə olacaq

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

İbtidai sinif müəllimliyi

Hüquqşünaslıq

Maliyyə

Riyaziyyat müəllimliyi

Xarici dil müəllimliyi (ingilis dili)

Beynəlxalq münasibətlər

Mühasibat

Loading

Next Post

Tolstoydan Qazaxıstan əleyhinə fikirlər: "Almatı rus kazak qalasıdır"

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Qazaxıstanla bağlı əcaib fikirlər səsləndirib. O, Qazaxıstanın müstəqilliyi ilə bağlı qəbuledilməz ifadələr işlədib. Tolstoyun fikrincə, Qazaxıstanda “müstəqillik haqqında milli mifologiya” çiçəklənir və “müəyyən bir qazax dövlətinin yenidən qurulması davam edir”. O, Qazaxıstanın Almatı şəhərini “rus kazak qalası” adlandırıb. Qazaxıstan hakimiyyəti Tolstoyu “sözləri Rusiyanın […]