İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

İyul ayında Azərbaycan dili üzrə ilk sertifikasiya imtahanı keçiriləcək.

Bunu Modern.az müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının proqramları hazırdır.

DİM rəhbəri sertifikasiya imtahanından əvvəl sınaq imtahanının keçiriləcəyini söyləyib:

“Sınaq imtahanına hər kəs onlayn qoşula biləcək. İmtahana qoşulmazdan əvvəl iştirakçı müvafiq anketə cavab verməlidir. Anketdə şəxsi məlumatlar yer alacaq. Bu suallar cavablandırıldıqdan sonra həmin imtahana qoşula biləcək. İmtahanla əlaqədar elmi-statistik təhlil aparmaq üçün bu məlumatların toplanılması lazımdır”.

Loading

Next Post

32 il sonra Xocalıya belə qayıtdıq... - FOTO

1992-ci ilin fevralında Xocalıdan didərgin düşən sakinlərin doğma torpaqlara yenidən qayıdışını əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dogrusoztv.az xəbər verir ki, yeni görüntülərdə xocalılıların ayaqyalın, güllə yağışı altında çıxdıqları torpaqlara 32 ildən sonra qalib ölkənin vətəndaşları kimi döndüklərini görmək mümkündür. Köhnə foto ilə qarşılaşdırılan yenisində bir neçə gün öncə […]