Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Ölkə ərazisində mayın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə , bəzi yerlərdə 35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

Loading

Next Post

Litva Prezidenti Azərbaycan liderini təbrik edib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qəti […]