Litva Prezidenti Azərbaycan liderini təbrik edib

DogruSozTv Az
Oxunma vaxtı:58 Saniyə

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qəti əminəm ki, Siz bundan sonra da milli tərəqqiyə və transformasiyaya aparan islahatları həyata keçirməkdə davam edəcəksiniz.

Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk. Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əhəmiyyətlidir.

Biz ölkənizlə Avropa İttifaqı arasında getdikcə inkişaf edən dialoqu dəstəkləyir və təşviq edirik. Bütün dünyanın artan çağırışlarla üzləşdiyi, Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ildir ki, davam etdiyi bir vaxtda beynəlxalq nizamı qorumaq, sabitliyi gücləndirmək üçün qarşılıqlı anlaşmanı möhkəmləndirmək və həll yollarını tapmaq çox vacibdir.

Müstəqillik Gününüzü bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

Vladanka Andreeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var

Azərbaycanda minalarla mübarizə üçün tərəfdaşlıq və beynəlxalq dəstəyi genişləndirmək üçün imkanlar mövcuddur. Bunu “Report”a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib. O, BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəklədiyini vurğulayıb: […]