Ət yenidən BAHALAŞACAQ – BU TARİXƏDƏK 

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 21 Saniyə

“Ölkəyə gətirilən diri heyvanların miqdarı son zamanlar azalıb. Bu da bazara öz təsirini göstərib. Artıq qoyun ətinin qiyməti bahalaşmağa başlayıb. Əgər bir-iki ay əvvəl diri qoyunun kiloqramı 7.5 manata təklif olunurdusa, hazırda bu qiymət 8.5 manatdır. 

Bu da o deməkdir ki, diri heyvanın qiymətində konkret artım var. Bu artım özünü ətin qiymətində 2 dəfə artıq göstərir. Artıq quzu ətinin qiymətində 2, qoyun ətinin qiymətində isə 1.5 manat artım var. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. 

O bildirib ki, yaxın günlərdə quzu və qoyun əti bir qədər də bahalaşacaq:

“Bu da qarşıdan gələn Qurban bayramı ilə əlaqəlidir. Bildiyimiz ki, Qurban bayramında heyvanların və ətin qiyməti 15-20 faiz bahalaşır. Bu il də istisna deyil. Artıq bazarda heyvan qıtlığı var. Çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır. Ətə tələbat artır və buna görə də qiymətlər müəyyən qədər qalxır. 

Bu, əsasən özünü topdansatış bazarında göstərir. Məsələn, 6 aylığa qədər olan quzu ətinin qiyməti hazırda 22-23, bəzi hallarda isə 25 manatdır. Toğlu – yəni yetkin qoyun əti əvvəl 18 manata satılırdısa, indi 19 manata təklif olunur. Yaşı daha çox olan qoyun ətinin qiyməti isə bir qədər ucuzdur. Onun bir kiloqramı 12-13, bəzən isə 15 manata satılır”. 

Akif Nəsirli hesab edir ki, qiymət artımı uzun sürməyə bilər:

“Qurban bayramından sonra ətin qiymətində bir qədər enmə olacaq. Ən azından quzu əti 20 manata qədər ucuzlaşacaq. Adətən yay aylarında ətə tələbat azalır. Üstəlik, Məhərrəmlik ayında toylar olmadığı üçün ətə tələbat xeyli azalır. Amma bu ucuzlaşma olmaya da bilər. Çünki ötən il belə bir hadisə baş vermədi”.

Bizim.Media 

Loading

Next Post

COP29 könüllüləri üçün qeydiyyat başlayıb

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib. Proqram çərçivəsində [b]”volunteers.cop29.az”[/b] onlayn qeydiyyat platforması aktivləşdirilib. COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin […]