Nazir: Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram

Oxunma vaxtı:29 Saniyə

Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır:

“Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb, səmimi olaraq beş il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda, davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması yazılan işin keyfiyyətini müəyyən edir”.

Loading

Next Post

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün […]