Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb

Oxunma vaxtı:29 Saniyə

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.

31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu E.Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.(“Report”)

Loading

Next Post

Rusiya ordusu Xarkovda daha bir kəndə nəzarəti ələ keçirdi

Rusiya ordusu Xarkov vilayətində İvanovka kəndinə nəzarəti ələ keçirib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.  Bildirilir ki, sözügedən yaşayış məntəqəsinə nəzarət “Qərb” qoşun qruplaşmasının bölmələri tərəfindən təmin edilib.  Bununla yanaşı, rusiyalı hərbçilərin Novovodyane və Qriqorovka kəndləri yaxınlığında Ukrayna ordusunun üç əks-hücum əməliyyatının qarşısını aldığı vurğulanıb. Məlumata görə, Ukrayna Silahlı […]