Şəki Dövlət Yol Polisi piyadaları cərimələdi

Oxunma vaxtı:50 Saniyə

Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhər ərazisində piyadaların maarifləndirilməsi ilə bağlı profilaktik tədbirlər həyata keçirilir. Xüsusilə də, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirləri intensivləşdirilib.
Təhsil müəssisələrində aparılan profilaktik tədbirlər müsbət nəticə verib. Bekəki, Cari ildə bugünədək olan dövr ərzində Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Lakin, xidməti ərazidə baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyətinin piyadaların avtomobillə vurulması, ölən və xəsarət alanların isə böyük əksəriyyətinin yaşlı qadınlar olmasını nəzərə alaraq bu gün (23.05.2024) Şəki Dövlət Yol Polisi yol-hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyətinin xanımlar olması da bir daha təsdiq olunub.
2 saatlıq reyd zamanı ümumilikdə yol hərəkəti qaydalarını pozan 27 nəfər aşkar edilib, hər biri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 20 manat məbləğində cərimə olunublar.

Loading

Next Post

Günün qoroskopu: Münaqişlərdən yayının, amma tək qalmağa çalışmayın

Dogrusoztv.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç – çoxlu güc, səy və diqqət tələb edən işlər üçün əlverişli gündür. Qəfil marağın yaratdığı vəziyyətdə yeni məqsədə can atmaq istəyəcəksiniz. Başqa planlarınız varsa, işinizi başqasına həvalə etməyə can atmayın. Kollektivin marağını və […]