Leysan, dolu, 22° isti – Sabahın havası

Oxunma vaxtı:39 Saniyə

Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.

Loading

Next Post

Onlara dini kəbinin kəsilməsi qadağan edilir

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.  O qeyd edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında hazırlanan iki sənəd yekunlaşıb, qəbul olunub: “Bunlar fövqəladə hallarda, pandemiya və s. durumda […]