Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib

Oxunma vaxtı:21 Saniyə

Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

 Bu barədə  Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.

Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.

Loading

Next Post

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı […]