Şəkinin İnçə-Zunud kəndlərində yerləşən “Karvansara” istirahət mərkəziölkəmizin gözəlliyini, xalqımızın qonaqpərvərliyini, milli mətbəximizinzənginliyini layiincə təmsil edir

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 33 Saniyə

Şəki – Qax yolunun üstündə yerləşən Zunud kəndi — Azərbaycan Respublikasının
Şəki rayonunun Zunud bələdiyyəsinə aiddir.

Kənd şimal, qərb və şərq tərəfdən dağlarla əhatə olunub. Kəndin şimalında 1640
metr hündürlükdə zirvə yerləşib. Kəndin mərkəzindən 4 kilometr uzunluqda Zunud
çayı axır. Zunud çayı mənbəyini dağlardan götürür . Çayın mənsəbi isə Şin çayıdır.
Əhalinin məşğuliyyəti əsasən heyvandarlıq, bağçılıq və əkinçilikdir.
Tarixi qədim olan Zunud kəndi ilə bağlı Rəşidəddinin (XIII əsr) əsərlərində çoxlu
türk və monqol mənşəli etnonimlərin adı verilib. Verilmiş məlumat əsasında bir
çox müasir toponimlərin yaranmasının mənşəyini aydınlaşdıra bilmişik, bu
toponimlərdən biri Zunud toponimidir ki, onun əsasında sunit etnoniminin
dayandığı qeyd edilib. Zunud kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd
bəzən Zunut da adlandırılır. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş
türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. Qeyd olunur ki, türk
soylarından biri olan Sund və ya Zund tayfası Sündü ərazisini özlərinə yurd yeri
seçmişlər.
Kəndin ərazisində İnçə-Zunud kənd tam orta məktəbi yerləşir. Kəndin mərkəzində
Zunud kənd qəbirstanlğı yerləşib. Həmçinin kəndin cənubunda vaxtilə Şəkidəki 6
karvansaradan biri olmuş Zunud Karvansarası yerləşir. İndi istirahət mərkəzinə
çevrilmiş “Karvansara” restoranı Zunudla qonşu olan İnçə kəndinin girişinə düşür.
Bu kəndlərin turizm potensialı böyükdür. İskəndərin qoruğunun yolu ilə bütün
dağları gəzmək mümkündür. Həmin ərazidə meyvə bağı yerləşir. Ətrafındakı
dağları gəzmək üçün yüksəyə qalxan cığırlar vardır. Kəndin başında yerləşən cığır
vasitəsilə əvvəllər Oxud kəndinə getmək olurdu. Həmin yol Oxud kəndi
ərazisindəki Yelbaba ziyarətinə gedib çıxır.
“Karvansara” istirahət mərkəzində ta yeniyetməlik dövründən – 16 yaşından
Şəhriyar adlı şəxs xalqa xidmət edib. İndi 75 yaşına çatmış Şəhriyar kişi hal-
hazırda da aşpaz işləyir. İstirahət mərkəzini Şəhriyar babanın oğlu Elçin Vəliyarov
işlədir. O, istirahət mərkəzində böyük abadlıq-quruculuq işləri görüb. Burada
Azərbaycan mətbəxinin ləziz xörəklərini, o cümlədən məşhur Şəki pitisini ucuz
qiymətə nuş etmək olar. İstirahət mərkəzində qonaq olanlar Elçin Vəliyarovun
gözəl xasiyyətindən, gülərüz personalın keyfiyyətli xidmətindən ağızdolusu
danışır, razılıq edirlər. Atası kimi, Elçin Vəliyarov da rayonda böyük hörmətə
malikdir. Odur ki, ölkəmizin gözəlliyini, xalqımızın qonaqpərvərliyini layiqincə
təmsil edən Şəkinin qonaqlarını yolu məhz “Karvansara” istirahət mərkəzindən
salmağa dəvət edirik.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş
redaktoru

Loading

Next Post

Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik: