Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının nəzdində daha bir işçi qrupu yaradıb.  

İşçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Kadastr Komitəsinin nümayəndələri daxildir.

Qrupun işinin koordinasiyası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana həvalə edilib.

Bundan əvvəl Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası nəzdində işçi qrupu yaradılıb.

9 nəfərdən ibarət həmin işçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.

Loading

Next Post

Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqa səfəri çərçivəsində paytaxt Bağdadın hava limanında ölkənin baş naziri Muhammed Sudani rəsmi mərasimlə qarşılayıb. Bu barədə TRT məlumat yayıb. Bu, Ərdoğanın 13 ildən sonra İraqa ilk səfəridir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və sənədlərin imzalanması gözlənilir.