Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

“Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Avropa İttifaqı 18+ saytlara qarşı tələbləri sərtləşdirib

Avropa İttifaqı Rəqəmsal Xidmətlər Qanunu (DSA) ilə pornosaytlara uşaq istismarının qarşısının alınması və qeyri-qanuni şəkillərin yayılması ilə bağlı geniş öhdəliklər qoyub. Bu saytların daha təhlükəsiz və şəffaf olmasını tələb edən hüquqi tənzimləməyə uyğun olaraq, daha sərt yaş yoxlama sistemi tətbiq olunacaq. Beləliklə, 18 yaşına çatmamış şəxslərin pornoqrafik məzmuna daxil olmasına […]