Cavanşir Məmmədov vəfat etdi – YENİLƏNİB

Oxunma vaxtı:23 Saniyə

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

***

12:53

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

Müğənni bu gün vəfat edib .

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Loading

Next Post

“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”

Hakim partiyanın rəhbəri İrakli Qaribaşvili bildirib ki, Aİ ölkəni öz sıralarına qəbul etmək qərarına gələrsə, Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxmağa hazırdır. Bu barədə TASS məlumat yayıb. Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən […]