Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir

Oxunma vaxtı:33 Saniyə

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir.

Bununla bağlı “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi təklif edilib.

Təklif olunan dəyişiklik layihəsinə görə, Şuranın fəaliyyət istiqamətlərinə yeni məzmunda maddələr əlavə edilir. Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.

Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.

Həmçinin Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.

Loading

Next Post

Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi ( DİM) məlumat yayıb. Bildirilib ki,I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin […]