Hava yenidən pisləşəcək – Dolu və qar yağacaq

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Bu kartof yeməkləri daha zərərlidir: Heç kim bilmir

Kartof yaxşı kimyəvi tərkibə malik, kifayət qədər sağlam məhsul hesab edilə bilər. Sobada bişmiş kartof ən sağlamdır. Mağazada satın alınan yeməyin zərərli olması, bir müddət istifadə olunan yağda bişirilməsi ilə əlaqədardır. Nəticədə, kanserogen maddələrlə zənginləşdirilmiş son dərəcə yüksək kalorili yeməklə özümüzə ziyan vururuq. Qızartmanın kartofun faydalarını qorumaq üçün ən yaxşı […]