Laçında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

DogruSozTv Az
Oxunma vaxtı:19 Saniyə

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-i saat 23:35-dən 23:45-dək Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən bildirilib.

Loading

Next Post

Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarını COP29 barədə məlumatlandırıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb. Bu barədə XİN başçısı “X”də yazıb. “Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən […]