Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib – SƏRƏNCAM

Oxunma vaxtı:2 Dəqiqə, 30 Saniyə

Prezident İlham Əliyev “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamla qərara alınır:

apellyasiya instansiyası məhkəmələri üzrə:

– Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin;

– Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

– Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

– Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

– Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

– Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

– Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

ağır cinayətlər məhkəmələri üzrə:

– Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

– Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

– İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;

hərbi məhkəmələr üzrə:

– Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin;

– Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

– Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri təyin edilsin;

– Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilsin;

– Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilsin;

– Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

– Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

– Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri təyin edilsin;

– Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri təyin edilsin;

– İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri təyin edilsin;

– Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

– Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Loading

Next Post

Zərdabda ölümlə nəticələnən avtoqəza olub

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” və “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə bir nəfər ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.