Prezident onu sədr təyin etdi

Oxunma vaxtı:31 Saniyə

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.

Loading

Next Post

Uşaqların savadlılığının artırılması üçün mobil tətbiq istifadəyə verildi

 Uşaqlarda və yeniyetmələrdə maliyyə savadlılığının artırılması məqsədilə ölkəmizdə ilk dəfə olaraq maarifləndirici “KidFi” mobil tətbiqi istifadəyə verilib. “KidFi” maliyyə savadlılığı sahəsində həm öyrənmək, həm də əylənmək üçün hazırlanmış oyun əsaslı mobil tətbiqdir. Tətbiqin məqsədi uşaqlara və yeniyetmələrə maliyyə sahəsi haqqında öyrətmək və ağıllı pul idarə etmə bacarıqlarını inkişaf etdirməkdə onlara […]