Bu gün Ümumdünya Su Günüdür

Oxunma vaxtı:39 Saniyə

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür.

Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb.

BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsan vücudunun hər yerində – qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Loading

Next Post

Çərəzlərin faydası və istehlak qaydaları

Novruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu bəzi vitamin və mineralların gündəlik normasını qarşılayır. Eyni zamanda, beynin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar […]