İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır?

Oxunma vaxtı:39 Saniyə

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır.

Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin daha pis olduğunu bildiriblər.

“Əhvali-ruhiyyə təbii olaraq və yuxudan asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək nöqtədə olur”, – deyə psixiatr və tədqiqatın aparıcı müəllifi Benjamin Şapiro bildirib.

Bunun əksinə, araşdırmalara görə, axşam saat 17:00-da əksər insanların əhvali-ruhiyyəsi daha yüksək olur.

“Biz müəyyən etdik ki, əhvali-ruhiyyə orqanizmin daxili saatı ilə əlaqəli bir ritmə uyğundur və bu saatın təsiri insan oyaq qaldıqca artır”, – deyə tədqiqatın baş müəllifi Denni Forger qeyd edib. (Oxu)

Loading

Next Post

Turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhəri seçilib. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtibatına əsasən, Çianqmayda havada olan çirkli maddələr təhlükəsizlik həddindən 35 dəfə yüksəkdir. Hətta bu aydan Tailand hökuməti havanın çirklənməsi ilə mübarizə üzrə tədbirlər görməyin zəruriliyi barədə xəbərdarlıq edib. Qeyd […]