İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib – ƏMR

Oxunma vaxtı:18 Saniyə

Bakı şəhəri Xəzər rayon Mühafizə İdarəsinə rəis təyin edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Loading

Next Post

Husilər ABŞ esminesini hədəf aldı

Husilər “USS Laboon” esminesini uzaq mənzilli ballistik raketlə hədəf alıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumata əsasən, husilərin nəzarəti altında olan Yəmən ərazilərindən Qırmızı dənizə atılan raket gəmiyə dəymədiyindən, heç bir ziyan vurmayıb. ABŞ qüvvələri əməliyyata cavab olaraq, husilərin nəzarətində olan bölgələrdə 2 PUA-nı müəyyən edərək […]