Rasim Balayev yeni yaradılan qurumun sədri seçildi

Oxunma vaxtı:52 Saniyə

Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.

XXX

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub.

Yalnız rejissor Oqtay Mir Qasım birləşmənin əleyhinə olub.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb.

Sədrliyə namiəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib. Onun namizədliyi təsdiq edilib.

© Report

Loading

Next Post

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

“Qarabağ” Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb. Bu barədə  Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib. Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə […]