BQXK-dən Ruslanla bağlı açıqlama

Oxunma vaxtı:43 Saniyə

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur.

Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi?

Axar.az xəbər verir ki, qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-ya aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparıldığını bildirib.

“Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”.

Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.

Loading

Next Post

Qərb elə bilir ki, Ukraynada baş verənlər cizgi filmidir

Qərb ölkələri artıq müharibənin nə olduğunu unudub, elə bilirlər ki, Ukraynada baş verənlər bir növ cizgi filmidir. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bunlar çətin sınaqlardan keçməmiş insanlardır, artıq müharibənin nə olduğunu unudublar. Biz, hətta indiki nəslimiz də Qafqazda beynəlxalq terrorizmlə mübarizə zamanı belə çətin sınaqlardan keçmişik. İndi Ukraynadakı münaqişə […]