Azan əsgərimiz İrəvanda həbs edildi – Bunda ittiham edilir

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.

Loading

Next Post

Əsgərlərə 20 günlük məzuniyyət verilsin – Təklif

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən 10 günlük məzuniyyətin artırılması, hər birinin müddətinin 10 […]