Bu futbol klubumuz Xankəndini təmsil edəcək

Oxunma vaxtı:32 Saniyə

MOİK futbol klubu yeni mövsümdən Xankəndi şəhərini təmsil edəcək.

Dogrusoztv.Az Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.

Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən “Qarabağ”la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub.

MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq, Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.

Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.

Loading

Next Post

Problemli kreditlər 22%-dən çox azalıb

Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı […]