Prezident İlham Əliyev Şuşa rayonundakı “Saxsı” bulağında olub – YENİLƏNİB

Oxunma vaxtı:43 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Saxsı” bulağında olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran inşa edilib. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında “Saxsı” bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işğal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıuçuq vəziyyətə salınıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezidentdən Ramil Usubovla bağlı sərəncam

Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.