“Ot kökü üstə bitər”: Mənsub olduğu nəslin üstün ali keyfiyyətlərini daşıyan gənc idmançı

Oxunma vaxtı:2 Dəqiqə, 27 Saniyə

Mayılzadə Əli Raul oğlu 13 yanvar 2009-cü il tarixdə Bərdə şəhərində anadan olub. Hələ 5 il əvvəl Bərdə şəhər 3 saylı tam orta məktəbin 4-cü sinfində oxuyanda Əlinin haqqında məqalə dərc olunmuşdu. Əlaçı kimi şəkli şərəf lövhəsində olmaqla yanaşı, fiziki hazırlığı da güclü olan Əlinin haqqında səkkiz yaşından etibarən məşğul olmağa başladığı kikboksinq idman növü üzrə əldə etdiyi uğurlardan söz açılırdı. O vaxt hələ yeniyetmə ikən bir çox yarışların qalibi olmuş Əli müxbirə demişdi ki, ən çox sevdiyi idmançı Zabit Səmədovdur, onun kimi olmaq istəyir. Arzusu Dünya, Avropa çempionatında birinci yerə çıxmaq, bayrağımızı yüksəkliklərə qaldırmaqdır.

Birinci yarışında Mingəçevirdə iki nəfərlə döyüşmüş, ikisinə də qalib gəlmişdi. İkinci dəfə Naftalanda qələbə qazanmış, nailiyyətlərinə görə medal və fəxri fərmanlarla mükafatlandırılmışdı. Dəfələrlə birinci yerə görə qızıl və gümüş medallara layiq görülmüşdür. O, hər dəfə medal, diplom alanda bütün məktəbdə bayramsayağı qeyd olunurmuş. Mükafatları kollektivə nümayiş etdirilirmiş, uşaqlar isə Əlini alqışlayırmışlar. Bütün bunlar Əliyə yeni qələbələr qazanmaq üçün ruh verir, stimul yaradırmış.

Əli Mayılzadə onu yarışlara hazırlayan müəllimlərdən Gənclər və yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqiçisi Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin DİNAMO KİK BOKSİNG bölməsinin baş məşqçisi Hikmət Haciyevin böyük əməyi olduğunu vurğulamışdı. Hikmət Haciyev eyni zamanda WAKO dünya kik boksing federasiyası tərəfindən ” BEST COACH ” ən yaxşı baş məşqçi adına layiq görülmüşdür. Amma idmanla peşəkarcasına məşğul olmağı Əliyə ilk dəfə atası Raul Mayılov təklif edib. Aparıb dostunun yanına ki, hazırlaşdırsın. Yeri gəlmişkən, Raul Mayılov Bərdənin sayılıb – seçilən ziyalılarındandır, doğma rayonunda və ölkənin başqa əyalətlərində də hörmətə, nüfuza malik, yüksək ideyalı, saf mənəviyyatlı, təklif və məsləhət verə bilmək səviyyəsində durmağı bacaran gözəl insandır.

Ot kökü üstə bitər deyib atalar. Əlinin babası Məmməd Mayılov da təcrübəli idmançıdır. Gənc nəslin fiziki hazırlığının möhkəmləndirilməsində müəllim kimi daim çalışıb. Bərdə şəhər 3 saylı tam orta məktəbdə idman dərsini tədris edib. Hazırda təqaüddədir. Rayonda böyük hörmətə-izzətə sahib el ağsaqqalıdır.

“Ot kökü üstə bitər” deyib atalar. Məmməd müəllimin ocağında aşıb-daşan sərvət olan, var olan övladları, nəvələri öz nəcabətlərini, üstün ali keyfiyyətlərini valideynlərindən əxz edərək, mənsub olduqları nəslin ziyalılıq ənənələrini uğurla davam etdirirlər. Məmməd Mayılov idmançı nəvəsi Əlinin mübarizliyi, çalışqanlığı ilə fəxr edir, onun sanki idman üşün yarandığını, başqa nəvələrinin də ona baxıb idmana meylləndiklərini deyir.

Əli Mayılzadə indi Bakıda yaşayır, Yasamal rayon 21 saylı tam orta məktəbin IX sinfində oxuyur. Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində sevdiyi idman növü ilə məşğuldur. Uğurlarının sırasını artırıb və babasının yolunu davam etdirməklə, atasının, müəllimlərinin, onu sevən qohumlarının, dostlarının, idman azarkeşlərinin ümidlərini doğrultmaqdadır. Belə ki, Əli Mayılzadə 2023-cü il avqustun 25-dən sentyabrın 3-dək  Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə yeniyetmə və gənclərin Avropa çempionatında 48 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Vətənə Avropa Çempionu Kuboku, medalı, diplomu ilə təltif olunaraq qayıdıb.

İnanırıq ki, gənc və perspektivli idmançı Əli Mayılzadə Azərbaycanın idman şərəfini daha da ucaldacaq. Gəlin, bu yolda ona nailiyyətlər arzulayaq.

Dorğrusöz qəzetinin və Doğrusöztv.Az saytin təsisçisi və rəhbəri Seyid İsmayıl Abbasov

Loading

Next Post

Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

“Mingəçevir şəhər prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir”. “Report” xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmə aparılır. Qeyd edək ki, iyulun 19-da Mingəçevir […]