Oxunma vaxtı:24 Saniyə

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.
Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir.