Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Oxunma vaxtı:15 Saniyə

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Loading

Next Post

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs edilib

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. APA-nın xəbərinə görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.