Arayik Arutyunyan istefa verdi

Hafiz Əliyev
Oxunma vaxtı:17 Saniyə

Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb.

O bu barədə öz sosial şəbəkə hesabında da məlumat paylaşıb.

Bununla yanaşı, “dövlət naziri” Qurqen Narsisyan da vəzifəsindən kənarlaşdırılıb.

“Sabah öz vəzifəmdən istefa verdiyimi elan edəcəm. Bu yekun qərarı iki gün əvvəl vermişəm”, – deyə Arutyunyan qeyd edib.

Loading

Next Post

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.