Avqustun 15-də erməni lobbisi və Qərb institutlarının dəstəyi ilə “İştirak evi” adı ilə tanınan yeni “şeytan yuvası”da bir qrup “nowar”çı anti-azərbaycan tədbiri təşkil edib.
BiG.AZ “Xainləri Tanı” kanalına istinadən xəbər verir ki, özlərini ” nowar” çılar kimi tanıdan bu xəyanətkar dəstə “müharibə əleyhinə” adı altında ermənilərlə əməkdaşlıq edirlər. Onlar ermənilərlə virtual olaraq yaxud 3-cü ölkələrdə görüşürdülərsə, artıq bu fəaliyyəti Bakıda həyata keçirirlər. Tədbirin təşkilatçıları Səməd Şıxı, Orxan Allahverdiyev, Nemət Abbasovdur.
Görüntülərdə indiyədək “nowar”çıların ermənilərlə birləşərək Azərbaycana qarşı apardığı əməliyyatların xronologiyası təqdim olunub. Xəyanətkarlar Azərbaycanı müharibəni başladan və təcavüzkar dövlət olaraq qələmə verir. Onlar ermənilərlə birlikdə Azərbaycan dövlətini və rəhbərliyini düşmən elan ediblər.
Daha ətraflı videoda: