Sabah 39 dərəcə isti olacaq – HAVA PROQNOZU

Oxunma vaxtı:33 Saniyə

Ölkə ərazisində avqustun 21-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

"Müharibəyə yox" şüarı altında fəaliyyət göstərən xəyanətkar şəbəkə

Avqustun 15-də erməni lobbisi və Qərb institutlarının dəstəyi ilə “İştirak evi” adı ilə tanınan yeni “şeytan yuvası”da bir qrup “nowar”çı anti-azərbaycan tədbiri təşkil edib. BiG.AZ “Xainləri Tanı” kanalına istinadən xəbər verir ki, özlərini ” nowar” çılar kimi tanıdan bu xəyanətkar dəstə “müharibə əleyhinə” adı altında ermənilərlə əməkdaşlıq edirlər. Onlar ermənilərlə virtual olaraq yaxud […]