44 günlük Vətən müharibəsində itkin düşən və bugünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.

Oxunma vaxtı:21 Saniyə

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, yeddi noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.

Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Loading

Next Post

Azərbaycandakı hərbi attaşelər erməni hərbiçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb - VİDEO

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı […]