Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırması ilin sonunadək hazırlanacaq

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırması ilin sonuna qədər hazır olmalıdır. APA xəbər verir ki. bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb. Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Khaeri, eləcə də üç ölkənin […]