Türkiyə Prezident Kabineti sabah Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edəcək

Oxunma vaxtı:29 Saniyə

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alıb.

İclasda, həmçinin daxili və xarici siyasətdəki inkişaf dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet mövzular arasında olacaq.

Bundan başqa, xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq. Putinin təmaslarına hazırlıq nəzərdən keçiriləcək.

Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, eləcə də İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə ediləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Afinadan Bakıya aviareys açılır

Yunanıstanın ən böyük aviaşirkəti olan “Aegean Airlines” sentyabr ayından Afinadan Bakıya uçuşlara başlayacaq. Məlumata görə, uçuşlar sentyabrın 29-dan etibarən, hər bazar ertəsi və cümə günləri həyata keçiriləcək./Oxu.az