Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Hafiz Əliyev
Oxunma vaxtı:48 Saniyə

2023-ci ilin iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 130 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 şirkət azdır.

Doğrusöztv.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 143,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 56,5 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin iyun ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (112) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 134,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Loading

Next Post

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclası keçirildi

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclasında funksional fəaliyyətə başlama istiqamətində müzakirələr aparılıb. Doğrusöztv.Az bildirir ki, Trend-ə bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Tədbirdə çıxış edən Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında […]